Bakı Nəqliyyat Agentliyindən külək XƏBƏRDARLIĞI..DİQQƏTLİ OLUN!

Bakı NəqliyyatAgentliyi (BNA) hazırda müşahidə edilən hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

 

Müstəqil.az xəbər verir ki, BNA-nınİctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a bildirib ki, xəbərdarlıq sərnişinlərin təhlükəsizliyilə bağlıdır:

 

“Sərnişinlərimizə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələrini xahiş edirik”.

Share: