Bakı metrosunda hadisə: Sərnişin öldü

Bakı metrosunda kişi ölüb.

Oxu.Az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasında baş verib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib ki, ölən şəxs ahıl yaşlarında bir kişidir:

“Sərnişin özünü pis hiss edib. Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib”.

Könül Cəfərli

Share: