“Bakı Bus” səfirliyin maşını ilə toqquşdu – Hadisə

“Bakı Bus” avtobusu qəzaya düşüb.

Report xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, “Bakı Bus” avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.

MüstəqiL.aZ

Share: