Bakı-Astara yolunda güclü partlayış — Fotolar+Video

Bakı – Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.

“Qafqazinfo”nun məlumatıma görə, hadisə səhər saatlarında qeydə alınıb.

Hadisə zamanı yanacaq daşıyan TIR-la kamazın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaq daşıyan maşın yanır: “FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hadisəyə görə hazırda həm Qazax, həm də Astara istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. 


Share: