Bəzi risklərə getmək lazım olacaq – Qurbanov

Oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq.

Müstəqil.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

“Ağıllı oyun qurmaq və yaxşı mübarizə aparmaq istəyirik. Bəzi risklərə getmək lazım olacaq. Komandanın bugünkü durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. İki günümüz var. Qalan xırda elementləri bu müddətdə daha çox nəzəriyyə və taktiki-texniki hazırlıqla futbolçulara çatdıracağıq”, – Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Müstəqil.Az

Share: