Televiziya sahəsində aparılan monitorinqlərə nəzər yetirsək, əvvəlki illərlə müqayisədə qeydə alınan problemlərin sayında azalma müşahidə edirik.
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, ən böyük nöqsan milli-mənəvi dəyərlərin qorunması məsələsi idi: “Həddindən artıq bayağı verilişlər, hətta bəzən xalqımıza uyğun olmayan filmlərin göstərilməsi, bəzən tok-şoular olurdu ki, orada sosial problemli insanlar üzərində müəyyən şou yaradılırdı və orada həddindən artıq söyüş, təhqir və s, süni qalmaqallar yaradırdılar. Bunlar getdikcə azalır”.