“Bəs o göyün üzündə Xoşbəxtlik neçəyədi?..”-Xəyalə Sevil…

Müstəqil.Az gənc və istedadlı şair Xəyalə Sevilin  şeirlərini təqdim edir:
Bu qış bir az soyuq keçdi
 
Bu qış bir az soyuq keçdi, bilirəm.
Yaz tələsik geyindirdi
Bu çılpaq ağacları.
-Mən də üşüyürəm, yaz…
 
Güllər, çiçəklər açır,
Xəyalım yaz kəpənəyi
Uçur, uçur, heey uçur…
 
Barışdım,
Hər şeylə daha barışdım.
Alın yazıları hörümçək toru,
Mən də öz bəxtimin toruna düşdüm.
 
İlahi, sən bilmirsən,
Ürək ki var, yer üzündə
Eh, dəyəri heç nədi.
Bəs, o göyün üzündə
Xoşbəxtlik neçəyədi?
Bilirsənmi?
 
Səndən qalan günlərimin,
Yox mənası, yox adı.
Allı – güllü xəyallar da ,
Sənsiz uçuq daxmadı.
 
İndi cavan bədəndə
Qocalmış ömür – günəm.
Alnımın yazısına,
Göndərilmiş sürgünəm.
 
Səni seçibdi deyə,
Bədənimdən qovduğum
Ürəyimin üzünə də baxmıram.
…Aldadıram özümü,
Guya ki, darıxmıram.
 
Səndən nə qaldı ki…
 
Sonra gözəl – göyçək ayrılıq gəldi,
Sonra gözəl – göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.
 
Səndən nə qaldı ki, eh… Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.
 
Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən…
… Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən…
 Bir az yaxına gəl…
Bir az yaxına gəl, Tanrı,
İşim yoxdu bəndə ilə.
Dünyaya sığmayan ruhum
Qalıb bir bədəndə elə.
 
Görmədi, heç kim görmədi,
Mən gördüm, bütün görmədim.
Nə qürbətdə gün görmədim,
Nə də ki, vətəndə elə.
 
Hansından danışım indi,
Görünür yalnışım indi.
Dərindən yaşadım… İndi
Hamı necə, mən də elə.
Məlum məsələ
 
Tale deyilən bir şey var,
Yox deyirdim,amma varmış.
Gözə baxmaz, qaşa baxmaz,
Gözümüzdə yaşa baxmaz.
Hörümçək tor qurub,
Ürəyimin qapısında.
Nə sən çıxırsan çölə,
Nə içəri gələn yoxdu.
Hərdən elə bilirəm ki,
Bu dünyada
Səndən artıq sevilən yoxdu…
Pəncərə – pəncərə
İşıqlar yanır.
Azlır yolları döyən ayaqlar.
Bir mənim gözümdə
Bir cüt göz yaşı,
Bir də ki,
Bayırda ulaşan itlər oyaqlar…
Biz itirdik,cqazanmadıq,
Yuxu gördük,
Suya, aya danışsaq da
Aydınlığa yozammadıq.
Yolları yumaq tək yığmışam ələ,
Aça – aça yeriyirəm,
Sənə çatmır.
Səndən əvvəlində uşaq olmuşam,
Bilməmişəm sevgi nədi.
Səndən sonrası da məlum məsələ…
Müstəqil.Az
Share: