Bərdədə yol qəzası: Sürücü öldü

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az  xəbər verir ki, qəza rayonun Soğanverdilər kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobillə “VAZ” 21011 markalı maşın toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Müstəqil.Az

Share: