Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

Bərdə rayon Nazırlı kənd sakini 2001-ci il təvəllüdlü Göyüşov Orxan Göyüş oğlunun idarə etdiyi 99-XZ-915 dövlət qeydiyyat nişanlı “VAZ-21015” markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini 1993-cü il təvəllüdlü Səfərov Akşin Saleh oğlunun idarəsində olan 10-FP-169 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Share: