Bərdədə avtomobil yolun kənarındakı iki avtomobilə çırpılıb, 3 nəfəri vurub – VİDEO

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alanların adları məlum olub.

-nın Qarabağ müxbirinin xəbərinə görə, qəza nəticəsində 1992-ci il təvəllüdlü Musayev Elvin Ədil oğlu, 1994-cü il təvəllüdlü Azadlı Vətən Elçin oğlu, 2006-cı il təvəllüdlü Quluyev İlkin Bəhruz oğlu və 2009-cu il təvəllüdlü Quluyev Valeh Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

saat 16.10

Xəbərə video əlavə edilib.

***

saat 15.57

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: