Bərdədə avtomobil qadını vuraraq öldürüb

Bərdə rayonunda avtomobil qadını vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, noyabrın 14-ü saat 18:10 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Mirzəbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Orucov Orxan Cəmiyyət oğlu idarə etdiyi VAZ-21099 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1938-ci il təvəllüdlü Zeynalova Gülarə Həsən qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Share: