Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı?

“O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü”.

“Qafqazinfo” xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. 

O bildirib ki, şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışıb:

“Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı”.


Share: