“Azeri Light” neftinin qiyməti 91 dolları keçdi

Azərbaycan neftinin qiyməti artıb.

Oxu.Az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,2% artaraq 91,40 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Share: