”Azadlığa çıxmağımın əsas səbəbi Qərbin təkidləri oldu. İlham Əliyevin məni azad etmək fikri yox idi” – Əli İnsanov + VİDEO

“Azərbaycan uçurumun dibindədir. Bu uçurumdən xilas etmək üçün istənilən fəaliyyətə dəstək verəcəyəm”.

Müstəqil.Az Enter.News-a istinadla xəbər verir ki, bunu keçmiş səhiyyə naziri Əli İnsanov həbsdən azad olunarkən jurnalistlərə müsahibəsində deyib.

Müxalifətə qoşulmaqla bağlı suala cavab olaraq Ə. İnsanov deyib ki, “bilmirəm mən onlara qoşulacağam, yoxsa onlar mənə.

Bir neçə dəqiqə əvvəl mən iqtidarın konslagerlərindən birini tərk etdim. Mənim azadlığa çıxmağımın əsas səbəbi demokratik qərbin təkidləri oldu. İlham Əliyevin məni azad etmək fikri yox idi. Düşünürdüm ki, ömrü boyu həbsdə qalacağam. Amma mən kiçik həbsxanadan böyük həbsxanaya çıxmışam. Avropa mənim ayağımdakı qandalları açdı, qolumdakı qandalları da açmaq istəyirəm. Xaricə getmək fikrim yoxdur. Burada yaşayacam və siyasi fəaliyyətlə məşğul olacağam”.

Share: