Azərkitab Kitab Mərkəzi” ilə Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb

Azərkitab Kitab Mərkəzi” ndə Mərkəzin direktoru Misirxan Həsənov ilə tanınmış yazar, ictimai-siyasi xadim, Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb.

Bu haqda Müstəqil.Az-a yazıçının özü məlumat verib.
“Azərkitab” Kitab Mərkəzindən bildirilib ki, bu müqaviləyə əsasən “Azərkitab” Adıgözəl Məmmədovun 5 kitabını, 4 –ü rus dilində və 1- i azərbaycan dilində olan əsərlərinin nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək. Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının təqdimatlarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.
Qeyd edək ki, “Azərkitab” Kitab Mərkəzinin ikinci nəşri olan Adıgözəl Məmmədovun Досье Расстрелянного Руководителя Азербайджана- М.Д.Багиров kitabının təqdimatı və imza günü keçirildi.
Tədbirdə Azərkitabın Layihə rəhbəri Sabir Həsənov , Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, Millət vəkilləri Fəzail İbrahimli, Araz Əlizadə, Elman Nəsirli , Elçin Quliyev öz fikirlərini bildirdilər.
Müstəqil.Az
Share: