“Azəriqaz”ın rəhbər şəxsləri Heydər Əliyev Mərkəzində — Fotolar

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri və əmək fəaliyyətində seçilən qurumun 10 gənc mütəxəssisi dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

“Qafqazinfo” xəbər verir ki, ekskursiya “Heydər Əliyev İli” çərçivəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə tədbirlər planına əsasən təşkil olunub. 

Ekskursiya zamanı bələdçilər tərəfindən gənc mütəxəssislərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verərək Mərkəzin fəaliyyət istiqamətlərini diqqətə çatdırılıblar. Sonda Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərə baxış keçirilib.


Share: