Azərbaycanlı və erməni efirdə əlbəyaxa dalaşdı – VİDEO

Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.

Müstəqil.az məlumat verir ki, bu barədə Fuad Abbasov sosial şəbəkədə paylaşım edib.

Tok-şouda müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub. Erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı təhqiramiz fikirlər səsləndirməsi mübahisəyə yaradıb.

Mübahisə qızışıb və  Fuad Abbasovla Çaturyan üz-üzə gəlib. Aparıcılar qonaqları sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək “problem istəyirsənsə, olacaq. Dilinə sahib ol” söyləyib.

Share: