Azərbaycanlı şair Beynəlxalq Poeziya Festivalında iştirak edəcək

Gənc şair İntiqam Yaşar 24-27 noyabr tarixlərində Tunisdə baş tutacaq 42-ci Beynəlxalq Poeziya Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, sözügedən tədbirdə ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, gənc şair İntiqam Yaşar təmsil edəcək.

Dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirə Tunisin Tozour şəhəri ev sahibliyi edəcək. Tədbirdə şeirlər oxunacaq, müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Share: