Azərbaycanlı şagirdlər “Türk Dünyası Çocuk Şölənində”…

Türk Dünyası Araşdırmaları Vəkfi (TDAV) tərəfindən hər il təşkil olunan Türk Dünyası Çocuk Şöləni başlayıb.

“Report”un xəbərinə görə, bu il 23-cü dəfə gerçəkləşdirilən tədbir mayın 5-dək davam edəcək.

Tədbir müxtəlif ölkələrdə yaşayan Türk uşaqlarının Türkiyəni tanımaları, bir araya gəlmələri, dostluq əlaqələri qurmaları, qardaşlıq bağlarını gücləndirmələri, mədəni əlaqələr qurması məqsədi ilə gerçəkləşdirilir.

23-cü Türk Dünyası Çocuk Şöləninə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğz Respublikası, Özbəkistan, Türkmənistan, Şimali Kipr Cümhuriyyəti, Bolqarıstan, Başqırdıstan, Çuvaşistan, Dağıstan, Qaqauz, Qaraçay, Krım, Yakutiya, Tatarıstan, Qabardino-balkar, Əfqanıstan, İraq, Kosova, Makedoniya, Ahıska və s. yerlərin türkləri olmaqla, 34 qrup, 540-a qədər məktəbli, 84 müəllim qatılıb.

Şölənə qatılan qonaqlar bayram proqramında iştirak edəcək, Türkiyənin tarixi və mədəniyyət abidələri ilə tanış olacaqlar.

Bu ilki tədbirdə TDAV Bakı Atatürk Liseyi 14 şagirdi ilə təmsil olunur. Onları müəllimləri Növrəstə MuradovaKəmalə Babayeva müşayiət edir.

Share: