Azərbaycanlı milyarderlər Rusiyada “əmlak kralı” oldu, erməni isə… – Reytinq

“Forbes” jurnalı Rusiyanın “daşınmaz əmlak kralları”nın yeni reytinqini yayımlayıb.

Axar.az xəbər verir ki, daşınmaz əmlak əməliyyatlarından ən çox gəlir əldə edən şəxslərin adı daxil edilən yeni reytinqdə ilk yeri azərbaycanlı milyarderlər Zaxar İliyev və Qod Nisanov tutub. Onların 2018-ci ildə daşınmaz əmlak əməliyyatlarından əldə etdiyi gəlir 1,565 milyard dollar təşkil edib.

Azərbaycanlılardan sonrakı yerdə “Stichting INGKA Foundation” şirkətinin rəhbəri İnqvar Kamprad qərarlaşıb. 2018-ci ildə Kampradın bu biznesdən əldə etdiyi gəlir 865 milyon dollar təşkil edib. İlk üçlüyü erməni milyarder Samvel Karapetyan qapadıb.

Karapetyanın keçən il gəliri 670 milyon dollar olub.

Müstəqil.Az

Share: