Azərbaycanlı prodüser Avropa Kino Akademiyasının üzvü seçildi

Azərbaycan Prodüser Gildiyası idarə heyətinin üzvü, rejissor, prodüser Mariya İbrahimova Avropa Film Akademiyasının üzvü seçilib.

Kulis.az xəbər verir ki, bu barədə Prodüser Gildiyasından məlumat verilib.

“Cinex” kino şirkətinin rəhbəri olan Mariya İbrahimova beynəlxalq arenada uğur qazanan bir sıra kino layihələrə imza atıb.

Qeyd edək ki, Azərbaycan Prodüser Gildiyası kino istehsalında və kino xidmətləri sahəsində ixtisaslaşan prodüserləri cəmləşdirir.

Share: