Azərbaycanlı döyüşçü finalda ermənini məğlub etdi — Video

Azərbaycanlı MMA döyüşçüsü Elçin Hüseynov daha bir turnirin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, o, Gürcüstanda keçirilən turnirin finalında erməni Saruk Aqopyanla qarşılaşıb. 90 kiloqram çəki dərəcəsində yarışan E.Hüseynov erməni idmançını məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Elçin Hüseynov Vətən Müharibəsi iştirakçısıdır. O, yarışdığı döyüş növü üzrə Avropa çempiounu olub.


Share: