Azərbaycanın yığması final mərhələsinin bir addımlığında

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Oxu.Az xəbər verir ki, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksələcək.

Bununla da yığma tarixində 10-cu dəfə qitə çempionatının əsas mərhələsində iştirak hüququna yiyələnə bilər.

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

3 sentyabr

18:00. Azərbaycan – Sloveniya

Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, ilk üç turdan sonra Azərbaycan millisi doqquz xalla qrup lideridir. Sloveniya səkkiz xalla ikinci, Avstriya isə bir xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk iki yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

Share: