Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin E qrupu matçında Maltaya qalib gəlib.

“Report”un məlumatına görə, Ta Kali şəhərində keçirilən oyunda Azərbaycan yığması rəqibini iki cavabsız qolla məğlub edib – 2:0.

Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda qadın yığması qrupda 4-cü pillədədir.

Share: