“Azərbaycanın önləyici addımları ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir”

“Beynəlxalq hüquq ərazi bütünlüyünü pozan, insanların təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdə dövlətlərin özünümüdafiə hüququnu tanıyır”. “Qafqazinfo” xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, özünümüdafiə hüququ sərhədlərdən kənarda olsa da, yaxın təhlükə yaradırsa, dövlət öz insanlarının və ərazisinin təhlükəsizliyi üçün zəruri özünümüdafiə tədbirləri görə bilər: “Yaxın tariximizdə bu hüququ ən geniş şəkildə ABŞ istifadə edib.

11 sentyabrdan sonra ABŞ-ın ərazisinin və əhalisinin təhlükəsizliyini əsas tutub, təhdid hesab etdiyi Əl-Qaidəni zərərsizləşdirmək üçün İraqı və Əfqanıstanı işğal edib.

Müxtəlif mənbələrin məlumatına görə sadəcə İraqda 300 mindən çox insan öldürülüb, yarım milyon insan yaralanıb və QHT-lərin alternativ hesablamalarına görə ölən sivillərin sayı 128 mindən çox olub. İraqda hər cür qadağan olunmuş silahlardan istifadə olunub, kütləvi şəkildə həbs düşərgələrində minlərlə insan işgəncə görüb, öldürülüb.

Əfqanıstanda olan itkilər də bundan geri qalmır.

Bütün bunları edən tərəf olan ABŞ-ın əlində əsas silah ölkəsinin və insanını təhlükəsizliyini təhdid edən 11 sentyabr olayı”.

Ələsgər Məmmədli qeyd edib ki, 11 sentyabr həqiqətən də sivillərə yönələn insanlıq suçu idi: “Eyni ilə Xocalıdakı sivillərə yönələn insanlıq suçu kimi.

11 sentyabrda toplam həyatını itirən 3 min nəfərədək insan olduğu bildirilib. Amma erməni terrorundan hansı şəraitdə öldürüldüyü, harada gömüldüyü məlum olmayan 4 mindən çox itkin Azərbaycanlı mövcuddur. Ölənlərin sayı isə 11 sentyabrdakından dəfələrlə çoxdur”.

O, vurğulayıb ki, 12 sentyabrdakı ölkə ərazisinə və əhalisinə yönəlik yaxın təhdidi 11 sentyabr olayından fərqli görmək mümkün deyil: “Hər ikisində yaxın təhdid var və hər ikisində beynəlxalq hüquq yaxın təhdidi önləyici addımlar atmağı zəruri hesab edir.

Nə var ki, Azərbaycanın önləyici addımları ölkənin miqyasına nisbətdə çox kiçikdir və ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir.

ABŞ Səfirliyinin sübh-tezdən açıqlamasında ciddi narahatlıqlarını gördüyümdən, bu yaxın tarixi hadisələri bir daha xatırlatmaq istədim. Hamımız narahatıq. Biz sülh istəyirik, Sülh silahı yerə qoymaqla, qonşunun ərazisindən silahlı birliklərini çəkməklə, qonşunun legitim ərazisinin çərçivələrini qəbul etməklə mümkündür. Sülh istəyən hər kəs, gərək buna çağırış etsin!”

O vurğulayıb ki, Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri var: “Ordu o sərhədləri keçməməlidir. Amma sərhəddən o tərəfdə yerləşən hərbi obyektlərdən Azərbaycan ərazisinə hücum varsa, onları məhv etmək müdafiə tədbiridir, işğal deyil.

Problem orasındadır ki, 30 illik konflikt boyu sülh vasitəçiliyi ilə məşğul olan tərəflər hələ konkret insidentlərdə hücum edənin kim, müdafiə olunanın kim olduğunu müəyyən etmək üçün mexanizm qura bilməyiblər”.

Tanınmış jurnalist Xədicə İsmayıl da Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri olduğunu xatırladıb: “Ordu o sərhədləri keçməməlidir. Amma sərhəddən o tərəfdə yerləşən hərbi obyektlərdən Azərbaycan ərazisinə hücum varsa, onları məhv etmək müdafiə tədbiridir, işğal deyil.

Problem orasındadır ki, 30 illik konflikt boyu sülh vasitəçiliyi ilə məşğul olan tərəflər hələ konkret insidentlərdə hücum edənin kim, müdafiə olunanın kim olduğunu müəyyən etmək üçün mexanizm qura bilməyiblər”.


Share: