Azərbaycanın kişi şahmatçılardan ibarət millisi Olimpiadaya darmadağınla başlayıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasına qələbəylə start verib.

“Report”un məlumatına görə, yığma komanda ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0

Qədir Hüseynov – Lamin Brahami 1:0

Vasif Durarbəyli – Massinas Cabri 1:0

Nicat Abbasov – Kalil Benqerabi 1:0

Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi də hazırda BƏƏ ilə qarşılaşır. Milli komanda hazırda 3:0 hesabı ilə öndədir.

 

Share: