Azərbaycanın iki hakimi UEFA-dan təyinat aldı

Azərbaycanın iki hakimi UEFA-dan təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, bunlar FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədovdu.

Onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat alıblar.

Həmyerlilərimiz seçmə mərhələnin 11-ci qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marinonun yer aldığı qrupun matçları oktyabrın 25-dən 31-dək İtaliyada keçiriləcək.


Share: