Azərbaycanın Hava Limanı dünyanın ən gözəl aeroportları sırasında

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında yer alıb.

Trend-in məlumatına görə, bu, ABŞ-ın nüfuzlu “Curbed” daşınmaz əmlak bloqları şəbəkəsininin reytinqində əks olunub.

Məqalədə qeyd olunur: “Azərbaycanın paytaxtında yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı nəhəng barama şəkilli komplekslərdən ibarətdir. Hər baramada kafelər, mağazalar və uşaq meydançaları kimi obyektlər yerləşir. Bu aeroport ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər”.

Reytinqdə yer alan digər aeroportlar Denver, Madridin Baraxas, Kansay, Pekin, Çatrapati Şivaci, Kuala-Lumpur, Mərakeşin Menara, Kutaisi, Şençjen Baoan, Pulkovo, “Kraliça Aliyə”, Çanqi və Samui hava limanlarıdır.

Share: