Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

“Bakcell” şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.

Şirkətdən verilən məlumata əsasən, “Bakcell”in şəbəkəsi Ağdərə və Xocalıda artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-ni ötüb.

Burada quraşdırılmış baza stansiyaları ilə “Bakcell” şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və  ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.

“Bakcell” şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.

Share: