Azərbaycanı dünya çempionatında bu şahmatçılar təmsil edəcək

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək şahmatçıların adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, rapid üzrə milli komandaya seçim turniri başa çatıb. Turnirin qalibi Aydın Süleymanlı olub, Qədir Hüseynov ikinci yeri tutub. Vüqar Əsədli və Rauf Məmmədov yarışı 3-4-cü yerlərdə başa vurub.

Beləliklə, rapid üzrə dünya çempionatında iştirak edəcək milli komandaya dəvət alan şahmatçılar aşağıdakılardır:

Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mötəbər yarışda millinin şərəfini qoruyacaq.


Share: