Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada 1682 nəfər vaksinasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 213, ikinci doza vaksinlərin sayı 119 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1130-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 olub.


Share: