Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 30%-dən çox artıb

Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 56,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 32,1% azdır.

Energetika Nazirliyindən “-Economics”ə verilən məlumata görə, hesabat dövründə günəş elektrik stansiyalarında 79,4 mln. kVt-saat enerjisi istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 30,4% artım deməkdir.

Məlumata görə, ötən il Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,6% çoxdur.

Share: