Azərbaycanda donuz QRİPİNİN OLDUĞU TƏSDİQLƏNDİ – CANLI YAYIM

Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi ölkəmizdə donuz qripinin olub-olmaması ilə bağlı sualları cavablandırır.

ÜST-nın nümayəndəsi Azərbaycanda heç bir laborator yoxlama aparılmadan 16 nəfərə “donuz qripi” diaqnozu qoyulması səbəbini bu cür aydınlaşdırıb:

“Ümumdünya Səhiyyə Təşkilatına müxtəlif ölkələrdə təsbit edilməyən analizlər göndərilir və orada yoxlanılması istənilir. Azərbaycandan da daxil olan analizlər nəticəsində burada 16 nəfərdə H1N1 virusu olduğu aşkarlanıb”.

ÜST nümayəndəsi bildirib ki, Azərbaycanda təsbit edilən bu xəstəlik Gürcüstanda mövcud olan xəstəlikdir.

Share: