Azərbaycanda dəhşətli hadisədə ana və 1 yaşlı oğlu öldü – FOTOLAR

Ötən gecə Saatlı rayonunun Bəylik kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib.

Müstəqil.az xəbər verir ki, “Opel Vectra” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində vəfat edən şəxslərin sürücü, 5 fevral 1984-cü il təvəllüdlü Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı ilə 1 yaşlı oğlu Raufun olduğu müəyyənləşib. Məlumata görə, sürücü Ş.Qənbərov VİB LTD şirkətində çalışır. O, ailəsi ilə rayona gedəndə dəhşətli qəza baş verib.

Şamo Qənbərovun və körpə övladının bəzi fotolarını təqdim edirik.

Allah rəhmət eləsin.

Share: