Azərbaycanda bu şirkətlər vergidən azad olunacaq – DİQQƏT!

Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq.
Bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: “Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq”.
Müstəqil.Az
Share: