Azərbaycanda bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun “AI-95 Premium” benzinin bahalaşacağı gözlənilir.

Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir.

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında “AI-95 Premium” benzininin qiymətinin bahalaşacağı barədə xəbər yazmışdıq və həmin gecə bu xəbər öz təsdiqini tapmışdı.

Onu da bildirək ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə “Avro-4” standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium” da Rumıniyadan idxal olunur.

bakuws

Share: