Azərbaycanda ana südü ilə bağlı ilk qiyam…

Araşdırma materiallarına görə Azərbaycan dünyada yeganə yerdir ki, orada “Ana südü” uğrunda ilk qiyam olub. (Lakin bu məsələ hələlik geniş tədqiq olunmayıb. Səbəb aydın deyil. Amma maraqlı bir məqamı toxunum ki, ötən əsrin 60-cı illərində Bakıdakı “Dəmiryol Xəstəxanasından ermənilər yeni doğuş etmiş azərabaycanlı anaların südünü (Ana südünü) öz körpələri üçün alıb aparırdılar. Bu prosesdə xarici vətəndaşlar da iştirak edirdilər.

Fikrimcə azərbaycanlı anaların ana südü dünyanı gəzirdi. Toplanmış materialların bir qismində qeyd olunur ki, dünyada “Ana südü” ilə bağlı ilk qiyam Azərbaycanda baş verib. “Ana südü” oğurlayanlar, dağıdanlar və yaxud satanlar ən ağır qəza alıb. Araşdırma materiallarında qeyd olunur ki, “Ana südü” insanın və dövlətin inkişafı üçün əsas strateji materiallardan biri olub. Məsələn bir şüşə ana südü üçün dəvələrin belində səhralardan keçiblər. (Qeyd etdiyimiz hər sözün, fikrin mənbəsi var. Keçmiş İttifaqın Baş Kəşfiyyat İdrəsinin altıncı şöbəsinin qovluqları sırasında sinələrində süd gəzdirən analar “Müqəddəs” sayılıb. Digər bir materialda göstərilir ki, ərazilərdə baş verən qarşıdurmalarda, müharibələrdə… “Ana südü”müz insana həyat verən, onu dirildən əsas dərman olub. Məlumata görə Azərbaycan Səhiyyə sistemində azərbaycanlıların “Ana südü” ilə bağlı müntəzəm yığıncaq müzakirələr keçirilib, dinməmələr olub.

“Azərbaycanlı anasına məxsus süd…” millətin simvoludur. Yeganə süddür ki, o çürümür, xarab olmur. “Ana südü” genetik bir məsələ olaraq, həmişə diqqətdə olub. Bu mövzuda keçirilən müzakirə materialları ilə bağlı (oğurlanmış materiallarla bağlı) 43 dəfə cinayət işi qaldırılıb. On iki nəfərə öz ana südünü düşmən millətə, düşmən millətin klinikalarına satdığı üçün güllələnib.

Araşdırma materiallarında qeyd olunur ki, Azərbaycanda “Ana südü” ilə bağlı ilk qiyam qədim Şamaxıda – Sarı Torpaq kəndlərində baş verib.

1944-cü ildə Şamaxını gəzintiyə çıxan din xadimi Mehdi Gəncəsaray yazır ki, hər şey mənim gözlərim qarşısında baş verdi… Mən azərbaycanlıların öz ana südü uğrunda necə öldüklərinin şahidi oldum… Sarıtorpaq ərazisində onların kiçik qəbiristanlıqları da salındı… Sonra həmin qəbirlər ziyarətə çevrildi…”

Rus kəşfiyyat generalı H.A.Qurbiçin yaratdığı “Ekspedisiya”nın materialları hələ də qorunub saxlanılır…

Başqa bir materialda qeyd olunur ki, Azərbaycan rəhbərləri də həmin qəbrləri ziyarət ediblər. (?) Məsələn əldə olunan məlumata görə həmin əraziləri ölkəmizin başçıları olan M. C.Bağırov, H.Əliyev, Ş.Qurbanov, O, Şəmsəddinov, D.Laçınov… həmin müqəddəs əraziləri ziyarət ediblər. (Sonra hansı səbəbdənsə o yerləri ziyarət etmək qadağan olub).

Məlumata görə bu istiqamətdə heç bir tədqiqat  aparılmayıb. Nə üçün? Şamaxıda, Gəncədə, Lənkəranda, Bakı kəndlərində, Qubada, Qarabağ  ərazilərində qiyam edən kimlər idi?..

“Ana südü” ilə bağlı qədim kitablarda xəbərdarlıq edilir: Əvvəlcə Böyük Allahın xəbərdarlığı: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdır. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq) “Mənə və atana-anana şükür et. Axır dönüş Mənədir! (“Loğman” surəsi). Kəşfiyyat generalı, məşhur genetik E.T.Novikov isə qeyd edir ki, ana südü köpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiylardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemətdir. Ana  südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları və bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir. Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq ueməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.

Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahasını zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü əmən uşaqlaq xüsusilə tənəffüs və həzm sistemi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körkəni infeksiyadan bilavasitə qoruyur.

Ana südünün başqa bir bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət “normal flora” deyilən xoşməramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti) yaratdığı halda zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində “məskən salmasına” mane olur. Bundan əlavə ana südündə uşağın yoluxucu xəstəliklərə qarşı immunitet sistemini tənzimləyən və onun yaxşı işləməsini təmin edən faktorların da olması müəyyən edilmişdir.

Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaşdırıldığı üçün körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğun və asandır. Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.

Körpəsini vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uğyun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur, həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.

Elmin  ana südü ilə bağlı yenicə kəşf etdiyi həqiqətlərdən biri də uşağın ana südü ilə iki il ərzində qidalandırılmasının çox faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu mühüm məsələni Allah bizə “(uşağın süddən) kəsilməsi isə iki il ərzində olur…” ayəsi ilə hələ 14 əsr əvvəl bildirmişdir.

 Rövşən Novruzoğlu,

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert,

professor, politoloq

 

Share: