Azərbaycanda 6 bal gücündə zəlzələ oldu: Evlər çatladı – RƏSMİ (YENİLƏNDİ)

Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.

Müstəqil.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

***

Azərbaycanda güclü zəlzələ olub.

Müstəqil.az xəbər verir ki, yeraltı təkanlar Ağsu rayonunda olub. Bu barədə yerli sakinlər sosial şəbəkədə yazıb. Yeraltı təkanların 5-6 bal arasında olduğu təxmin edilir.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəldiyi də bildirilir. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.

Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.(publika)

Share: