Azərbaycanda 18 jurnalist koronaya yoluxdu, 1-i öldü – Video

Bu günə qədər Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər isə həyatını itirib.

Müstəqil.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli qeyd edib.

O bildirib ki, dünyada jurnalistlər arasında COVİD-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb:

“Mayın 16-da açıqlama yayaraq, 4 ay müddətində (fevral-may) jurnalistlər arasında COVİD-19-a yoluxan və ölüm halları barədə bilgi vermişdik. O zaman dünyada pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır vəziyyətdə olan jurnalistlərin sayı isə 300-ə yaxın idi. Qısa zaman – cəmi 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVİD-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub – 62; Avropada 23, Asiyada 17, Şimali Amerikada 13, Afrikada isə 12 jurnalist həyatını itirib.

Ötən ayın siyahısında dəyişən bir məqam da var: hesabatlarda artıq Azərbycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bir nəfər də olsun yox idisə, bu gün durum pisləşib”.

Müstəqil.Az

     

    Share: