Azərbaycanda 17 mindən çox parklanma yeri təşkil olunub

Ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub.

“-Economics”in xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O əlavə edib ki, artıq 17 mindən çox parklanma yeri təşkil olunub və proses başa çatmaq üzrədir: “Biz daim mövcud parklanma yerini təhlil edəcəyik. Piyadaların mobilliyinin təminatı, skuter istifadəçilərinin velosiped yollarından istifadə etməsi üçün daha da rahat şəraitin yaradılması əsas hədəflərdəndir”.

Share: