Azərbaycanda ən güclü külək nə zaman olub?

Bu gün axşam saatlarından başlayaraq Azərbaycanda hava şəraiti pisləşəcək. Bununla bağlı müxtəlif dövlət orqanları əhaliyə xəbərdarlıq ediblər.
Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb. Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Xəzər dənizinin akvatoriyasında şiddətli şimal küləyi əsəcək:

“Küləyin maksimal sürətinin saniyədə 35-40 metrə qədər olması proqnozlaşdırılır. Dənizdə dalğanın hündürlüyü 6-8 metr və daha çox ola bilər.

Azərbaycanda ən güclü külək
Azərbaycanda ən güclü külək Bakıda və Abşeron yarımadasında 2007-ci il 24-25 fevral tarixlərində qeydə alınıb.

İki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 m/san təşkil edib.

Share: