Azərbaycan Xankəndidə yaralananlara tibbi yardım göndərdi — Fotolar

Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.

Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində yaralananlar var.


Share: