«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» nin 100 milyon dollarlıq istiqrazı…

Müstəqil.Az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən daxil olan məlumata əsaslanaraq demək olar ki, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) yeni bir layihəyə imza atmaqla növbəti uğuruna imza atır.

 

Belə ki, AXDG «Bakı Fond Birjası» QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Müstəqil.Az-ın “DSD” İB-nin ictimaiyyətlə əlaqələr bölümündən  əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir.

Xatırlamaq yerinə düşər ki, haqqında bəhs olunan qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Bu istiqrazların  illik gəlirliliyi 6% təşkil edir. Faizlər 6 aydan bir ödəniləcək.

Yerləşdirmənin anderrayteri «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC-dir.

Tural Balabəyli

Share: