“Azərbaycan universiteti” öz məzunuyla görüş və imza günü keçirdi… Aygün Sadiqin “Güzgüdə kim var?”kitabı

Müstəqil.Az bildirir ki,1 may 2017-ci tarixində Bakıda, “Azərbaycan” Universitetində həmin universitetin məzunu olmuş gənc yazar Aygün Sadiqlə görüş və imza günü keçirilib.
Tədbir yazarın ədəbi yaradıcılığını gənc auditoriyaya və paytaxta tanıtmaq xarakteri daşıyıb.
Təşkilati dəstək və informasiya dəstəyi universitetin özünə məxsus olan tədbirdə təhsil ocağının rəhbərliyi, pedaqoji heyət, tələbələr, yazarın qələm dostları iştirak edib.
Tədbir yazarın “Məni səslə” şeirinə hazırlanmış klipin nümayişi ilə başlayıb və sonra tədbirin aparıcısı universitetin müəllimi, dosent Əminə Hüseynova çıxışında yazar haqqında öz xatirələrini danışıb, keçmiş məzunun ədəbi yaradıcılığını izlədiyini və yüksək qiymətləndirdiyini bildirib.
Sonra söz müəllifə verilib. O, çıxışında məzunu olduğu universitet haqqında xoş xatirələrini qeyd edib, yaradılan şəraitə görə rəhbərliyə təşəkkür edib.
Universitetin tələbələri yazarın müxtəlif mövzulu şeirlərini səsləndiriblər.
Çıxış edən qonaqlar yazar haqqında səmimi fikir və arzularını dilə gətiriblər.
Səmimi ortamda keçən tədbirin sonunda müəllif kitabını imzalayaraq auditoriyaya təqdim edib.
Müstəqil.Az adından Aygün xanıma yaradıcılıq uğurları arzulayırıq.
Aysel Xanlarqızı Səfərli
Tədbirə aid foto materiallar:
 

Share: