“Azərbaycan Türkiyədə təşkil olunacaq kitab sərgisində fəxri qonaq olacaq”

Azərbaycan bu ilin sonuna doğru Türkiyədə təşkil olunacaq kitab sərgisində fəxri qonaq kimi iştirak edəcək.

Bunu APA-nın sualına cavab olaraq, mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, hər iki ölkənin sərgilərdə fəxri qonaq kimi təmsil olunması kitabçılığa töhfə verəcək: “Gördüyünüz kimi, bu il ilk dəfə olaraq sərgidə qardaş Türkiyə fəxri qonaq kimi təmsil olunur. Bu, çox gözəl bir ənənədir. Eynilə Azərbaycan da ilin sonuna doğru İstanbulda olacaq kitab sərgisində fəxri qonaq kimi iştirak edəcək. Bütün bunlar iki ölkə arasında ədəbiyyat və kitab sənayesi üçün böyük töhfə verəcək və körpü rolunu oynayacaq”.

Share: