Azərbaycan Ordusunun mayoru 27 il sonra özü azad etdiyi doğma torpağında…

Cəbrayıl rayonunun iki gün öncə işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş bir fotoşəkil oktyabrın 7-nə keçən gecə sosial şəbəkələrin trendinə çevrilib.

Müstəqil.az xəbər verir ki, Azərbaycan Ordusunun mayoru Camal Qəmbərov 27 ildən sonra doğulduğu Horovlu kəndind olub, öz bağlarında foto çəkdirib.

Məlumata görə, o, 7 yaşında ermənilərin işğalından sonra Cəbrayıldakı evini tərk edib və 27 il sonra doğma torpağını işğaldan azad edən şəxs kimi geri dönüb.

Share: