Azərbaycan neftinin qiyməti 84 dollara çatır

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,38% artaraq 83,8 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Share: