Azərbaycan millisinin futbolçusu: “Xarakterimiz düşündüyüm qədər güclü deyil”

“Xarakterimiz düşündüyüm qədər güclü deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov formasını geyindiyi Almaniyanın “Şalke” klubunun ikinci komandasının Qərb Regional Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

XXXII turda öz meydançalarında “Boxolt”a 2:4 hesabı ilə məğlub olduqları görüşdə dubla imza atan 32 yaşlı hücumçu komandasını tənqid edib.

O, cari mövsüm çempionatda 11 qol vurmasının vacib olmadığını söyləyib:

“Belə pis oyunumuzu xatırlamıram. Rəqibə iki mənasız penaltini, yekunda isə qələbəni hədiyyə etdik. Dubl etsəm də, bu, məni qətiyyən maraqlandırmırdı. Qol vurmaq əvəzinə qalib gəlməyi üstün tutardım. Ancaq bunu yenə bacarmadıq. Bilmirəm, bəzi futbolçular, bəlkə də, tezliklə hara gedəcəklərini düşünürlər. Komandada vəziyyət ürəkaçan deyil”.

Qeyd edək ki, “Şalke” II sona iki tur qalmış çempionatda 45 xalla 9-cu pillədə qərarlaşıb.

Share: