Azərbaycan millisi Sloveniyaya qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

“Report”un məlumatına görə, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb.

Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.

Share: