Azərbaycan millisi Bakıda Monqolustanı məğlub edib

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyun keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxıb.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan millisi minimal hesabla rəqibini məğlub edib.

“FIFA series – Edition 2024”

22 mart

20:00. Azərbaycan – Monqolustan 1:0 Bəhlul Mustafazadə 90+1

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Share: